Bank Of Baku

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrin ümumi dəyəri 9 milyon manatdır

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrin ümumi dəyəri 9 milyon manatdır
# 26 fevral 2009 11:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrin ümumi məbləği 9 milyon manata yaxındır. Bu barədə APA-ya sözügedən şuranın üzvü Əliməmməd Nuriyev bildirib. Ə. Nuriyev deyib ki, builki müsabiqənin büdcəsi 1 milyon 400 min manata qədərdir. Onun sözlərinə görə, müsabiqəyə ümumilikdə 568 layihə təqdim olunub. Həmin layihələrdən bir neçəsi müsabiqə şərtlərinə uyğun təqdim edilmədiyi üçün ilkin ekspertizadan keçməyib: “Hazırda layihələr ikinci ekspertizadan keçirilir. Bu mərhələ başa çatdıqdan sonra İdarə Heyəti tərəfindən layihələrin qiymətləndirilməsi keçiriləcək. Bundan sonra qaliblər elan ediləcək” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR