Bank Of Baku

Ermənilərin ağır işgəncələrlə öldürdükləri Azərbaycan əsgərinin xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib

Ermənilərin ağır işgəncələrlə öldürdükləri Azərbaycan əsgərinin xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib
# 26 fevral 2009 11:57 (UTC +04:00)
Bakı Kəmalə Quliyeva – APA. “Azərbaycan” kinoteatrında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşəbbüsü ilə çəkilmiş “Qarabağ Azərbaycandır” filminin təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Cinealliance” kino şirkəti tərəfindən istehsal olunan film dövlət komissiyasındakı sənədli faktlar əsasında çəkilib. Komissiyanın katibi Şahin Sailov bildirib ki, Altay Səfərovun ssenari müəllifliyi, Elxan Cəfərovun rejissorluğu ilə çəkilən film erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Fərhad Atakişiyevin xatirəsinə və onun simasında Dağlıq Qarabağ münaqişəsində qəhrəmanlıq göstərmiş bütün vətən övladlarına ithaf edilib: “Biz sənədləri araşdırdıqca görürük ki, girovluqda bütün işgəncələrə baxmayaraq, yenə də Azərbaycanın bölünməz olduğunu söyləyən oğlanlarımız olub. Filmin qəhrəmanı olan Fərhad Atakişiyev Kərkicahan kəndində 300 erməni əsgərinə qarşı qeyri-bərabər döyüşən 22 igiddən biridir. Ağır yaralandıqdan sonra düşmən tərəfindən əsir götürülən Fərhada hər gün işgəncələr verilib və ona deyiblər ki, ”Qarabağ ermənilərindir” söyləsən, səndən əl çəkərik. Lakin Fərhad son nəfəsinə qədər “Qarabağ Azərbaycanındır” deyib. Onun meyitində hər biri insan ölümünə səbəb ola biləcək 72 müxtəlif işgəncə növünün izi var idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR