Bank Of Baku

“Azərsun Holdinq” Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirib

“Azərsun Holdinq” Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirib
# 26 fevral 2009 14:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərsun Holdinq” Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunan anım mərasimi keçirib. Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 25-də qurumun mədəniyyət mərkəzində keçirilən tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında faciədən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub. Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Xocalı faciəsinin insanlığa qarşı cinayət olduğunu deyib. “Azərsun Holdinq” İctimaiyyətlə Əlaqələr və Sosyal Xidmətlər Departamentinin müdiri Kazım Babayev isə faciənin dünya ictimaiyyətinə çatdırılması üçün hər bir azərbaycanlının məsuliyyət daşıdığını bildirib. O, “Azərsun Holdinq”in Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşkil olunan tədbirlərə dəstək verdiyini də söyləyib. K. Babayev buna misal olaraq, ötən il şirkətin köməyi ilə keçirilən “Xocalı - Beynəlxalq Anım Filmləri Festivalı”nı göstərib. Bu gün isə “Azərsun Holdinq”in prezidenti Abdolbari Goozalın iştirakı ilə şirkətin kollektivi “Xocalı harayı” abidəsini ziyarət edərək, abidənin önünə əklil qoybular.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR