Bank Of Baku

Azərbaycanda əhalinin siyahıya alınmasına 7 milyon dollar xərclənəcək

Azərbaycanda əhalinin siyahıya alınmasına 7 milyon dollar xərclənəcək
# 26 fevral 2009 14:24 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə DSK-dən məlumat verilib.
Komitədən bildirilib ki, 10 ildən bir keçirilən bu mühüm kampaniyanın mütəşəkkil şəkildə keçirilməsi üçün görülən hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, 57 şəhər, 124 qəsəbə, 69 iri kənd yaşayış məntəqəsinin sxematik planı, 58 rayonun xəritəsi hazırlanıb və yerli statistika orqanlarına təqdim edilib. Şəhər yaşayış məntəqələrində, əhalisinin sayı 5 mindən çox olan iri kəndlərdə evlərin siyahıları tərtib edilərək DSK-ya göndərilib.
Həmçinin, 29 sualdan ibarət olacaq sorğu vərəqələri də hazırlanıb. Sualların 80%-i BMT-nin tövsiyələri əsasında tərtib olunub. Bunlar, əhalinin coğrafi, demoqrafik, iqtisadi, sosial vəziyyəti, etnik-mədəni, mənzil şəraiti ilə bağlı olacaq.
Bundan başqa, siyahıyaalmanın şəhər və rayonlar üzrə təşkilat planları hazırlanıb, müvafiq rayon və şəhər icra hakimiyyətlərinin başçıları ilə razılaşdırılaraq təsdiq edilib. Ölkə üzrə 540 siyahıyaalma məntəqəsi, 3 780 təlimatçı, 19 minə yaxın sayıcı məntəqəsi yaradılıb. Bu prosesə 24 mindən çox müvəqqəti işçi cəlb olunacaq, onlardan 19 mini sayıcılardır.
Maraqlıdır ki, DSK-nin hesablamalarına görə, hər 1 sorğu keçirən işçinin üzərinə ən azı 45 ölkə sakini düşməlidir. Hazırlıq işlərinin görülməsi üçün maliyyə vəsaitinin vaxtında ayrılması siyahıyaalma materiallarının saxlanması üçün nəzərdə tutulan zallar təmir olunub, işçilər üçün lazımi avadanlıq alınaraq quraşdırılıb, sayıcı çantalar hazırlanıb.
Xatırladaq ki, 2009-cu ilin yanvar ayının 1-nə Azərbaycanda əhalinin sayı 8,730 mln. nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR