Bank Of Baku

Azərbaycanda 50-ə yaxın məktəb direktoru yeni meyarlarla işə qəbul edilib

Azərbaycanda 50-ə yaxın məktəb direktoru yeni meyarlarla işə qəbul edilib
# 26 fevral 2009 14:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulunu “Təhsil sistemində kadrların bilik və bacarıqlarına qoyulan tələblər” əsasında həyata keçirir. Bu barədə APA-ya Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq məktəb direktorlarından işə qəbul zamanı onların informasiya kommunikasiya texnologiyaları (İKT) üzrə savadının olmasını təsdiqləyən sertifikat tələb edilir. Namizədlər bu sertifikatı “Orta məktəblərin İKT ilə təminatı” və “Təhsil sisteminin informasiyalaşdırılması üzrə” dövlət proqramları çərçivəsində keçirilən treninqlərin sonunda əldə etmiş olmalıdırlar. Artıq respublikada 50-ə yaxın direktor yeni meyarlarla işə qəbul edilib. Qeyd edək ki, “Təhsil sistemində kadrların bilik və bacarıqlarına qoyulan tələblər” ötən ilin fevralda təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR