Bank Of Baku

Gəncənin mərkəzi bazarı bağlanacaq

Gəncənin mərkəzi bazarı bağlanacaq
# 26 fevral 2009 15:03 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Sabah Gəncə şəhərinin mərkəzi bazarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Səbəb bazarda antisanitariya vəziyyətinin hökm sürməsidir. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov APA-nın qərb bürosuna bildirib ki, bazarda sanitar vəziyyət normalara cavab verməyənədək alış-veriş məkanının fəaliyyəti bərpa olunmayacaq. O, antisanitar vəziyyətin aradan qaldırılması üçün dəfələrlə bazar rəhbərliyinə şifahi və yazılı xəbərdarlıq edildiyini, lakin heç bir tədbir görülmədiyini söyləyib. A. Kazımov bazar rəhbərliyinin cərimə olunacağını da əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR