Bank Of Baku

Aybəniz Haşımova: “Qızım Aynişan bu gün çox kövrəldi” - FOTO

Aybəniz Haşımova: “Qızım Aynişan bu gün çox kövrəldi” - <font color=red>FOTO</font>
# 26 fevral 2009 15:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Xalid Quliyev adına 62 saylı məktəb-liseydə Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı ədəbi-bədii gecə keçirilib. Əməkdar artist Aybəniz Haşımovanın APA-ya verdiyi məlumata görə, məktəbin ədəbiyyat müəlliməsi Nailə Əliyevanın təşkialtçılığı ilə baş tutan tədbirdə çıxış edən məktəbin direktoru Mətanət Cabbarlı 17 il əvvəl törədilən soyqırım haqda həqiqətləri dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayıb. Sonra məktəbin şagirdləri Günel Musayeva, Hilal Allahverdiyev, Rövşən İsmayılov və digərlərinin ifasında Xocalı soyqırımı ilə bağlı hazırlanmış ədəbi-bədii hissə nümayiş etdirilib. A. Haşımova qızı Aynişanın da tədbirdə iştirak etdiyini söyləyib: “Aynişanın mərhum atası Xalid Quliyevin anası da tədbirə qatılmışdı. Şagirdlərin ifasında səslənən parçalarda Aynişanın diliylə atasını çağırırdılar. Bu olay Aynişanı çox ağlatdı. Ümumiyyətlə, qızım bu gün çox kövrəldi. Qızımın atasının adını daşıyan məktəbdə keçirilən tədbir o qədər təsirli hazırlanmışdı ki, kövrəlməmək qeyri-mümkün idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR