Bank Of Baku

Bakıda Jaklin Kennedi, şahzadə Diana, Naomi Kempbel və digər tanınmış xanımların libasları sərgilənəcək - FOTOSESSİYA

Bakıda Jaklin Kennedi, şahzadə Diana, Naomi Kempbel və digər tanınmış xanımların libasları sərgilənəcək - <font color=red>FOTOSESSİYA</font>
# 26 fevral 2009 16:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Martın 3-dən 16-na qədər İtaliya səfirliyinin təşkilatçılığı, “Guzzini”, “Saipem” şirkətlərinin və Xəzər Universitetinin dəstəyi ilə Bakıda “İtalyan stili” (İtalian Style) adlı sərgi keçiriləcək. APA-nın məlumatına görə, İtaliyanın Azərbaycandakı səfiri Can Luici Maşa sərginin təşkilinin “Tirano” şirkətinə həvalə edildiyini deyib. Sərginin eksponatları Minskdən gətirilib, buradan isə Tiflisə aparılacaq. Sərginin təşkilinə məsul olan Corco Forne bildirib ki, məqsədləri son 50 il müddətində italyanlarının zövqü və həyat tərzini bütün dünyaya göstərməkdir. O, 15 ildir fəaliyyət göstərən sərginin 50-dən çox ölkədə nümayiş olunduğunu söyləyib: “Bu libaslar tanınmış musiqiçilər, varlı insanlar üçün hazırlanıb. Elələri var ki, bir evin yarı qiymətinə bərabərdir”.

Qeyd edək ki, sərgidə tanınmış modelyerlər Armani və Valentino tərəfindən Jaklin Kennedi, şahzadə Diana, Naomi Kempbel və digər tanınmış xanımlar üçün hazırlanan libaslar, eləcə də müasir mebel nümunələri sərgilənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR