Bank Of Baku

Almaniyadan Azərbaycana gətirilmiş, vaxtı ötmüş 1 ton kolbasa məmulatı məhv edilib

Almaniyadan Azərbaycana gətirilmiş, vaxtı ötmüş 1 ton kolbasa məmulatı məhv edilib
# 27 fevral 2009 08:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Dövlət Gömrük Komitəsi Sumqayıt şəhəri ərazisində gömrükdən keçirilən zaman tutulan 1 tondan artıq vaxtı keçmiş kolbasa məmulatlarını yandıraraq məhv edib. APA-nın xəbərinə görə, Sumqayıt Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilov bildirib ki, Almaniyadan gətirilən kolbasa məmulatları Azərbaycana keçirilən zaman tutulub. E. Xəlilov deyib ki, gömrük baxışı zamanı Azərbaycana gətirilən 7 ton kolbasadan 1 ton 173 kiloqram məhsulun vaxtının keçdiyi bəlli olub. Gömrük Məcəlləsinin 101-ci maddəsinə əsasən, komissiya rəyi ilə malların məhv edilməsinə qərara verilib.

Hazırda həmin malların hansı şəraitdə Azərbaycana gətirilməsi ilə bağlı araşdırma aparılır.

İdarə rəisi bundan sonra da Azərbaycana vaxtı keçmiş hər hansı ərzaq məhsulunun gətirilməsinin qarşısının alınacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR