Bank Of Baku

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin ekspertizası bir həftəyə başa çatacaq

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrin ekspertizası bir həftəyə başa çatacaq
# 27 fevral 2009 11:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqə ilə bağlı layihələrin ekspertizası bir həftəyə başa çatacaq. Bu barədə APA-ya sözügedən şuranın sədri Azay Quliyev bildirib. Onun sözlərinə görə, layihələrin ekspertizadan hansı nəticə ilə keçdiyini göstərən keçid balları müəyyənləşdirilib: “Həm ekspertizadan uğurla keçən, həm də aşağı balla qiymətləndirilən bütün layihələr şuranın İdarə Heyətində müzakirə olunacaq. Hansı layihənin maliyyələşdiriləcəyi ilə bağlı yekun rəy bu müzakirələrdən sonra veriləcək”.

A. Quliyev Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə böyük maraq göstərildiyini deyib. Onun sözlərinə görə, ölkədə aktiv fəaliyyətdə olan əksər qeyri hökumət təşkilatları müsabiqəyə qatılıb: “Dövlətin qeyri hökumət təşkilatlarına dəstək verməsi çox mühümdür. Bu vətəndaş cəmiyyətinin formalaşdırılmasında böyük rol oynayır”.

Qeyd edək ki, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu il elan etdiyi müsabiqəyə 570-dək layihə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR