Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,320 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,320 mln. nəfərə çatıb
# 27 fevral 2009 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 319,7 min nəfər olub. Onlardan 4 058,2 min nəfərini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadiyyatın dövlət bölməsinin istehsal sahəsində muzdla işləyənlərin 12,5%-i sənayedə, 3,5%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində isə muzdlu işçilərin 38,1%-i təhsildə, 14,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsində, 8,9%-i nəqliyyat, anbar təsərrüfatı və rabitədə, 8%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsində, 5,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsində, 4,7%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 0,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmirində, 0,3%-i isə digər sahələrdə çalışıb.
İqtisadiyyatın qeyri-dövlət bölməsinin istehsal sahəsində muzdla işləyənlərin 14,4%-i sənayedə, 8,8%-i tikintidə, 2,3%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində, xidmət sahəsində isə 52,7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmirində, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsində, 3,3%-i maliyyə fəaliyyətində, 3,1%-i nəqliyyat, anbar təsərrüfatı və rabitədə və mehmanxana və restoranlarla xidmətin göstərilməsi sahələrinin hər birində, 2,8%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsində, 2,3%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 1,2%-i təhsildə və 1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərib.
Məşğulluq mərkəzlərinin məlumatına görə, 2009-cu il fevral ayının 1-i vəziyyətinə ölkə üzrə rəsmi işsiz statusuna malik olan şəxslərin sayı 44 468 nəfər olub və 46,7%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 5 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 137,9 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR