Bank Of Baku

MDU-nun Bakı filialı üçün yeni bina inşa ediləcək

MDU-nun Bakı filialı üçün yeni bina inşa ediləcək
# 27 fevral 2009 12:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Bakıda səfərdə olan Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə bu gün yeni binanın təməlqoyma mərasimi keçiriləcək. Bina Azərbaycanın büdcəsi hesabına inşa olunacaq.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə MDU Bakı filialının rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, təhsil və elm naziri Andrey Fursenko, energetika naziri Sergey Şmatko, xarici işlər nazirinin müavini Qriqori Karasin, MDU-nun rektoru Viktor Sadovniçi və digər şəxslər iştirak ediblər.

Xatırladaq ki, 2008-2009-cu tədris ilindən fəaliyyət göstərən filialda 3 fakültə - filologiya, kimya və tətbiqi riyaziyyat fakültələri fəaliyyət göstərir. Fakültələrin sayının artırılması nəzərdə tutulur.

Filialın rektoru Nərgiz Paşayeva bu gün keçirilən açılış mərasimində bildirib ki, fizika, biologiya, geologiya, psixologiya və sənətşünaslıq fakültələrinin açılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR