Bank Of Baku

Ağdamda Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbirlər keçirilib

Ağdamda Ümumdünya Mülki Müdafiə Günü münasibətilə tədbirlər keçirilib
# 27 fevral 2009 13:34 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. 1 mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Ağdam rayonunun bütün inzibati idarə və müəssisələrində tədbir keçirilib. Rayonun təhsil müəssisələrində şagirdlərə fövqəladə hallar zamanı xilasetmə vərdişlərinin aşılanması üçün təlim-məşq toplanışı reallaşdırılıb. Ağdam Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Mənsur Quliyev APA-nın Qarabağ bürosuna bildirib ki, hər il martın 1-i Ümumdünya Mülki Müdafiə günü bir mövzuya həsr olunur. Bu il isə təlim məşq toplantıları «fövqəladə hallar zamanı əhalinin xəbərdarlığı və rabitə vasitələri» mövzusunda həsr olunub. Qərargah rəisinin sözlərinə görə, təlim-məşq toplantıları rayon ərazisində fəaliyyət göstərən bütün təhsil ocaqlarını əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR