Bank Of Baku

Yevlax və Samux rayon baytarlıq idarələrinin rəisləri işdən azad ediliblər

Yevlax və Samux rayon baytarlıq idarələrinin rəisləri işdən azad ediliblər
# 27 fevral 2009 13:34 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənovun rəhbərliyi ilə Bərdədə regional müşavirə keçirilib. Tədbirdə xidmətin əməkdaşları tərəfindən yol verilən nöqsanlar və qarşıda duran məsələlər müzakirə olunub. Yevlax və Samux rayon Baytarlıq İdarələrinin rəisləri elə müşavirə zamanı tutduqları vəzifədən azad olunublar. Daşkəsən və Gədəbəy rayon Baytarlıq İdarələrinin fəaliyyətinin araşdırılmasına göstəriş verən Dövlət Baytarlıq Xidmətinin rəisi bir neçə rayonun baş baytarına xəbərdarlıq edib.

Jurnalistlərin suallarını cavablandıran İsmayıl Həsənov bildirib ki, ötən il ölkə ərazisində quduzluq xəstəliyinə yoluxma üzrə 25 fakt qeydə alınıb. Xəstəliklə mübarizə üçün sahibsiz itlərin məhvinə başlanacaq, həyətlərdə saxlanan itlər isə peyvənd olunacaq. Bunun üçün artıq kifayət qədər vaksin alındığını bildirən İ. Həsənovun sözlərinə görə, digər yoluxucu xəstəliklərə qarşı da vaksin ehtiyatları mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR