Bank Of Baku

Salyanın üç kəndində modul tipli su təmizləyici qurğu istifadəyə verilib

Salyanın üç kəndində modul tipli su təmizləyici qurğu istifadəyə verilib
# 27 fevral 2009 13:50 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov-APA. Salyanın üç kəndində modul tipli su təmizləyici qurğu istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, su təmizləyici qurğular “Hyunday” şirkətinin “Osmos” texnologiyası əsasında hazırlanıb. Rayonun Boranıkən ərazisində 16 bulaqdan ibarət 2020 nəfər əhali üçün, Marışlı kəndində 12 bulaqdan ibarət 2021 nəfər əhali üçün, Sarvan kəndində 11 bulaqdan ibarət 2467 nəfər əhali üçün nəzərdə tutulmuş qurğuların gündəlik təmiz su hasilatı 50 kubmetrdir. Qurğuların açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR