Bank Of Baku

Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınması zamanı Dağlıq Qarabağdakı ermənilər əvvəlki sayda qeyd olunacaq

Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalınması zamanı Dağlıq Qarabağdakı ermənilər əvvəlki sayda qeyd olunacaq
# 13 mart 2009 10:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan əhalisinin siyahıyaalınması zamanı məlumatları dəqiqləşdirmək mümkün olmadığından Dağlıq Qarabağda yaşayan ermənilərin sayı əvvəlki siyahıyaalmada olduğu kimi 120 min nəfər qeyd olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.

A.Vəliyevin sözlərinə görə, Dağlıq Qarabağdakı separatçı rejim əhalinin sayı ilə bağlı məlumatları açıqlamadığından, orada yaşayan əhalinin dəqiq sayını müəyyənləşdirmək çətindir.

Siyahıyaalma zamanı xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının sayı həmin ölkələrin müvafiq qurumlarının təqdim etdiyi məlumatlar əsasında müəyyənləşdiriləcək.

DSK sədri Azərbaycan əhalisinin sayının hazırda 9 mln. nəfərə yaxın olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınmasına aprelin 13-də başlanacaq və bu proses 10 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR