Bank Of Baku

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu “İctimai səhiyyə” proqramının 5 illik hesabatını açıqlayıb

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu “İctimai səhiyyə” proqramının 5 illik hesabatını açıqlayıb
# 13 mart 2009 13:14 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu “İctimai səhiyyə” proqramının 2004-2008-ci illər üzrə 5 illik hesabatını açıqlayıb. APA-nın məlumatına görə, proqram direktoru Leyla İmanova bildirib ki, bu proqram 2001-ci ilə qədər tibb, 2001-ci ildən başlayaraq isə “İctimai səhiyyə” proqramı kimi fəaliyyət göstərir. Proqramın missiyası zərərə məruz qalmış əhali qruplarının hüquqlarının tanınması, ictimai səhiyyə siyasətində xüsusi yanaşmaya ehtiyacı olan insanların və onların nümayəndələrinin rolunun artırılmasıdır. Proqram üzrə 7 layihə həyata keçirilib.

Proqramın əlaqələndiricisi Şərafət İsmayılova isə proqramın 5 illik büdcəsinin 3,5 milyon dollar təşkil etdiyini söyləyib. O, 2004-2008-ci illər ərzində Bakının Nərimanov rayonu, Bülbülə və Qaradağ qəsəbələrində, Sumqayıt, İsmayıllı, Şəki, Gədəbəy, Naxçıvan və Gəncə şəhərlərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 9 icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini açıqlayıb. Hazırda Bakı, Sumqayıt və Gəncə şəhərlərində 4 icma əsas əsaslı reabilitasiya mərkəzi Təhsil Nazirliyinə təqdim edilmək üçün “alternativ qayğı mərkəzləri” modeli kimi inkişaf etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR