Bank Of Baku

“Molla kəbini və qadın hüquqları” adlı layihə həyata keçirilib

“Molla kəbini və qadın hüquqları” adlı layihə həyata keçirilib
# 13 mart 2009 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirdiyi “Molla kəbini və qadın hüquqları” layihəsinin nəticəsini açıqlayıb. APA-nın məlumatına görə, birliyin sədri Ruhəngiz Hüseynova bildirib ki, 6 aylıq layihə Lerik, Yardımlı, Masallı, Quba rayonlarını əhatə edib. Layihə çərçivəsində erkən nikahlarla bağlı araşdırmalar aparılıb. R. Hüseynova erkən nikahların kökündə təkcə yoxsulluğun dayanmadığını, psixoloji, miqrasiya, korrupsiya, laqeydlik kimi amillərin də erkən nikahların baş verməsinə səbəb olduğunu deyib: “Çox vaxt isə valideynlər qızlarının ailə qura bilməyəcəyindən ehtiyatlanaraq onları 14-15 yaşlarında ərə verirlər. Biz öyrəndik ki, Qubanın 5 saylı orta məktəbinin bir sinfində 2006-2007-ci tədris ilində 14 qız oxuyub. 2008-2009-cu tədris ilində isə həmin sinifdə 7 qız qalıb. Həmin qızların da ikisindən başqa qalanları nişanlanıb”. R. Hüseynovanın sözlərinə görə, erkən nikah qadın alverinə, çoxarvadlılığa yol açır, qızların təhsil hüququnu pozur və səhhətinə zərər vurur.

Birlik sədri məsələ ilə bağlı qanunvericilik aktlarına əlavə və dəyişikliklər üçün təkliflər hazırladıqlarını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR