Bank Of Baku

Lənkəranda plov bayramı keçiriləcək

Lənkəranda plov bayramı keçiriləcək
# 13 mart 2009 14:37 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Martın 19-da Lənkəranda Novruz şənlikləri çərçivəsində plov bayramı keçiriləcək. Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlkin Rəhimov verib. Onun sözlərinə görə, tədbir iştirakçılarına tanınmış aşbazların müxtəlif növ yerli düyüdən bişirdikləri 52 adda plov, toyuq ləvəngisi və Talış mətbəxinin digər yeməkləri təqdim olunacaq. Şənlikdə açılacaq süfrələrə həmçinin şirniyyat ustalarının milli adət-ənənələrə uyğun hazırladıqları xəmir xörəkləri - şəkərbura, paxlava, qoğal, halva və s. düzüləcək. İlk dəfə keçirilən plov bayramında bədii özfəaliyyət kollektivlərinin çıxışı, müxtəlif xalq oyunları, Bahar qızı ilə Kosanın faytonda gəlişi və kütləvi yumurta döyüşü də nəzərdə tutulub. Həmin gün axşam saatlarında isə şəhərin Heydər Əliyev adına Xatirə Parkında respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq düzənlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR