Bank Of Baku

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 13 mart 2009 15:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri Ramil Usubov Novruz şənliklərinin keçiriləcəyi ərazilərdə ictimai qaydanın mühafizəsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi göstəriş verib. Bu barədə APA-ya məlumat verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov polisin martın 20-dən 29-dək gücləndirilmiş iş rejimində çalışacağını bildirib. Onun sözlərinə görə, şənliklərin keçiriləcəyi yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülməsi planlaşdırılır. Göstərişdə su, hava, dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, xarici ölkələrin diplomatik nümayəndəliklərində və digər mühüm əhəmiyyətli obyektlərdə mühafizənin gücləndirilməsi də əksini tapıb. S. Gözəlov bayram şənlikləri ilə əlaqədar ölkəyə gələcək xarici qonaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların qalacağı mehmanxanaların ətrafında polis naryadlarının gücləndiriləcəyini də söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR