Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrə arayışların verilməsi yekunlaşır

QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrə arayışların verilməsi yekunlaşır
# 14 mart 2009 08:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrə arayışların verilməsi yekunlaşmaq üzrədir. Bu barədə APA-ya Şuranın katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib. Şura rəsmisinin sözlərinə görə, müsabiqəyə təqdim olunan 569 layihə ekspert rəyindən keçirildikdən sonra onların hər birinə arayışlar verilir.

F. Qurbanov deyib ki, layihələrə arayış verilməsi başa çatdıqdan sonra sənədlər Şuranın İdarə Heyətinin toplantısında müzakirə ediləcək: “Bundan sonra müsabiqəyə təqdim olunan layihələrdən hansının qalib gəldiyi müəyyənləşəcək. Martın sonunda qalib layihələrin adı ictimaiyyətə açıqlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR