Bank Of Baku

Sabah Bakıda ilaxır çərşənbə münasibətilə tədbirlər keçiriləcək

Sabah Bakıda ilaxır çərşənbə münasibətilə tədbirlər keçiriləcək
# 16 mart 2009 08:26 (UTC +04:00)
Bakı-APA. Martın 17-də ilaxır çərşənbə münasibətilə Bakıda tədbirlər keçiriləcək. Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, bayram tədbirinə “Azneft” meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkətə başlaması ilə start veriləcək. Karvanda hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanı rayonu Atəşgah məbədindən od götürəcəklər. Onlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçərək odla Qız Qalası üstündəki məşəlləri alovlandıracaqlar. Saat 19. 00-da ilaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyət paytaxt sakinlərini konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR