Bank Of Baku

Referendum günü Azərbaycan ərazisində hava mülayim keçəcək

Referendum günü Azərbaycan ərazisində hava mülayim keçəcək
# 16 mart 2009 08:58 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva APA-ya bildirib ki, həmin gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam saatlarında isə yarımadanın bəzi yerlərində az çiskin ehtimalı var. Mülayim cənub küləyi saniyədə 12 metr sürəti ilə əsəcək, gündüz arabir 14 metrədək güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 18-də əksər rayonlarda da hava əsasən yağmursuz keçəcək. Bəzi şərq rayonlarında gecə və səhər duman, çiskin olacağı ehtimalı var. Şərq küləyi saniyədə 3-8 metr sürətlə əsəcək, havanın temperaturu gecə aran rayonlarında 3-7, gündüz 12-17, dağlarda gecə 1-3, gündüz 4-8 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR