Bank Of Baku

Gənclərin məşğulluğunun artırılması ilə bağlı yeni təkliflər hazırlanır

Gənclərin məşğulluğunun artırılması ilə bağlı yeni təkliflər hazırlanır
# 16 mart 2009 10:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gənclərin məşğulluğunun artırılması ilə bağlı tədbirlər planı hazırlayır. Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov APA-ya bildirib ki, hazırda tədbirlər planı müzakirə olunur və təkliflər daha sonra hökumətə təqdim ediləcək. Təkliflərdən biri iş təcrübəsi olmayan, xüsusilə ordu sıralarından yeni tərxis olunmuş və iş tapmaqda çətinlik çəkən ali savadlı gənclərin işlə təmin edilməsi ilə bağlıdır. Təkliflərdə bu kateqoriyadan olan gənclərin 1 il ərzində əmək haqlarının 50 faizinin işəgötürənə dotasiya şəklində vermək şərti ilə işlə təmin olunması nəzərdə tutulur. Bu cür gənclərin 1 illik iş təcrübəsi olduqdan sonra onların işlə təmin edilməsi asanlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR