Bank Of Baku

Gəncədə bişirilən paxlava Ginnesin rekordlar kitabına düşə bilər - FOTOSESSİYA

Gəncədə bişirilən paxlava Ginnesin rekordlar kitabına düşə bilər - <font color=red>FOTOSESSİYA</font>
# 16 mart 2009 10:20 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Gəncədə uzunluğu 12, eni 4 metr, çəkisi 3 ton olan paxlava bişirilib. APA-nın qərb bürosunun xəbərinə görə, şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 15 gün ərzində hazırlanan şirniyyat üçün 700 ədəd yumurta, 360 kq kərə yağı, 550 kq şəkər tozu, 500 kq un, 350 kq qoz və fındıq ləpəsi, 200 litr süd, 40 litr gülab, 50 kq küncüt, 5 kq zəfəran, bal və hil istifadə olunub. Bu paxlavanın Ginnesin rekordlar kitabına salınması üçün kitabın MDB üzrə baş direktoru Aleksey Svistunov və İqor Ximstov ekspertlərlə birgə Gəncəyə gəlib. Qonaqlar və Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov paxlavanın dadına baxıblar. Paxalvanın kitaba düşüb-düşməsi haqda məlumat bu gün açıqlanacaq.
Bu gün həmçinin Gəncədə uzunluğu 12, eni 4 metr olan səməni nümayiş etdirilib. Səməninin mərkəzi hissəsində Gəncənin simvolu əks olunub.
Gəncədə Novruz bayramı münasibəti ilə yarmarka da təşkil olunub. Bayram yarmarkası martın 21-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR