Bank Of Baku

İmişli kəndlərindəki sutəmizləyici qurğulara baxış keçirilib

İmişli kəndlərindəki sutəmizləyici qurğulara baxış keçirilib
# 16 mart 2009 10:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri İmişli rayonunun Məzrəli və Muradallı kəndlərində Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçiriblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sutəmizləyici qurğu Məzrəli kəndində gün ərzində 80, Muradallı kəndində 50 kubmetr su təmizləmə gücünə malikdir. Qurğuların fəaliyyəti nəticəsində Məzrəli kəndinin 3380 nəfər əhalisi 17 bulaq, Muradallı kəndinin 2850 nəfər əhalisi isə 10 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Qeyd edək ki, bu tədbirlər ölkə prezidentinin 2007-ci ildə imzaladığı “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamı əsasında görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR