Bank Of Baku

Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi bu gün başa çatır

Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi bu gün başa çatır
# 17 mart 2009 12:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırır. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, nəzərdə tutulan qrafikə əsasən, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək tam başa çatdırılması planlaşdırılırdı. Artıq mart ayı üzrə pensiyaların maliyyələşməsi Bakı şəhəri üzrə martın 10-da, digər şəhərlər, xüsusilə məcburi qaçqın və köçkünlərin məskunlaşdıqları şəhər və rayonlar üzrə maliyyələşmə isə martın 13-də yekunlaşıb. Bu gün isə digər bütün rayonlarda maliyyələşmə tam başa çatdırılacaq.
«Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb. Həmin ayların 23-ü tarixinə ay üzrə maliyyələşmələr tam başa çatdırılıb», - deyə E.Babayev bildirib.
Qeyd edək ki, bu il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 275 138 nəfərə çatıb, onlardan 496 788 nəfəri kişi, 778 350 nəfəri qadındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR