Bank Of Baku

Avstriyada və Litvada “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsi keçiriləcək

Avstriyada və Litvada “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsi keçiriləcək
# 17 mart 2009 12:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il Avstriyada və Litvada ali məktəb tələbələri arasında “Azərbaycan haqqında nə bilirsiniz?” müsabiqəsi keçiriləcək. APA-nın məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, bu tipli müsabiqələrin keçirilməsi “Azərbaycan gəncliyi” Dövlət Proqramında nəzərdə tutulub. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini dünya miqyasında təbliğ etməkdir. Nazir müavini deyib ki, müsabiqənin şərtinə əsasən, Azərbaycanda da həmin ölkələr haqqında analoji müsabiqələr təşkil ediləcək. Avstriyada və Litvada keçirilən müsabiqənin qalibləri üçün Azərbaycana, Azərbaycanda keçiriləcək müsabiqənin qalibləri üçün isə həmin ölkələrə tanışlıq səfərləri təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR