Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı son bir ildə 24,3 min nəfər artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı son bir ildə 24,3 min nəfər artıb
# 17 mart 2009 12:59 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 2009-cu ilin mart ayının 1-i vəziyyətinə 4 321,2 min nəfər təşkil edib. Bunun 4 059,7 min nəfəri məşğul əhalinin payına düşür. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nin məlumatına görə, son bir ildə iqtisadi fəal əhalinin sayı 24,3 min nəfər (0,57%), məşğul əhalinin sayı isə 42 min nəfər (1,05%) artıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin ümumi siyahı sayı 1 407,7 min nəfər, orta siyahı sayı isə 1 363,2 min nəfər təşkil edib. Onların 874,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 488,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ötən ilin müvafiq ayı ilə müqayisədə dövlət müəssisələrində işçi qüvvəsinin sayı 12 min (1,39%) nəfər artıb, özəl müəssisələrdə isə bu artım 22,9 min nəfər (4,92%) təşkil edib. Muzdla işləyənlərin 20,4%-i istehsal sahələrində, o cümlədən 12,6%-i sənayedə, 5,0%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahələrdə çalışırlar. Xidmət sahəsində çalışanların 25,3%-i təhsil, 19,4%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 9,9%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,0%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,1%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5,0%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,4%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,5%-i isə digər sahələrdə cəmlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR