Bank Of Baku

Martın 18-20-də İçərişəhərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Martın 18-20-də İçərişəhərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
# 17 mart 2009 13:06 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi Bakıda olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Müraciətdə qeyd olunub ki, ”İçərişəhər” Qoruğu ərazisində Novruz bayramı ilə bağlı ənənəvi şənliklərin keçirilməsi ilə əlaqədar olaraq 18-20 mart 2009-cu il tarixlərdə Qoşa Qala qapısı tərəfindən nəqliyyat vasitələrinin hərəkəti saat 10.00-dan saat 14.00-dək giriş və çıxış üçün dayandırılacaq. Həmçinin bildirilib ki, həmin günlərin digər saatlarında da buraxılış məhdudlaşdırıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR