Bank Of Baku

“Çanaqqalada yüksələnlər” kitabının təqdimatı keçirilib

“Çanaqqalada yüksələnlər” kitabının təqdimatı keçirilib
# 17 mart 2009 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Türkiyə yazıçısı Vəhbi Vakkasoğlunun “Çanaqqalada yüksələnlər” kitabı Azərbaycan türkcəsinə tərcümə edilib və nəşr olunub. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib ki, kitabda əsərin kiçik bir hissəsi əksini tapıb. Bu hissəni Azərbaycan türkcəsinə çevirən Sərvaz Hüseynoğlu türk tarixinin bütün dövrlərinin qəhrəmanlıqla dolu olduğunu deyib. O, “Çanaqqalada yüksələnlər” kitabının tam şəkildə və daha böyük tirajla nəşrinin nəzərdə tutulduğunu söyləyib. Kitabın redaktoru və məsləhətçisi, deputat Qənirə Paşayeva isə Çanaqqala müharibəsi ilə türk tarixinin yeni bir mərhələsinin başlandığını vurğulayıb.

Tədbirdə iştirak edən professor Qəzənfər Paşayev, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, hərbi attaşe Fəxri Kır və digərləri də kitabla bağlı fikirlərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR