Bank Of Baku

Səbail rayonu ərazisində “Veteran neftçilər klubu” istifadəyə verilib

Səbail rayonu ərazisində “Veteran neftçilər klubu” istifadəyə verilib
# 18 mart 2009 05:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Səbail rayonu 20-ci sahədə yerləşən istirahət bağında inşa olunan “Veteran neftçilər klubu” istifadəyə verilib. Səbail rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, veteran neftçilərin xahişi ilə tikilən klubda onların normal istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb, klub lazımi avadanlıq və stolüstü idman ləvazimatları ilə təmin edilib. Klubun açılış mərasimində iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov veteranların ehtiyaclarının öyrənilməsi və təmin edilməsinə yönəldilmiş tədbirlərin bundan sonra da diqqət mərkəzində olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR