Bank Of Baku

Varşavada Novruz şənliyi keçirilib

Varşavada Novruz şənliyi keçirilib
# 18 mart 2009 11:04 (UTC +04:00)
Varşava – APA. Martın 17-də Azərbaycanın Varşavadakı səfirliyi və Polşa azərbaycanlılarını öz sıralarında birləşdirən “Azərpol” Cəmiyyəti şəhərin “Neptun” restoranında Novruz bayramı münasibətilə şənlik təşkil edib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə Azərbaycan və Polşa ictimaiyyətinin, diplomatik korpusun nümayəndələri və media təmsilçiləri qatılıb. Sayı 100-dən çox olan qonaqlar Azərbaycan haqqında filmlərə tamaşa edib, milli musiqilər dinləyib, Azərbaycan mətbəxinin nümunələri ilə tanış olublar. Tədbir bədii hissə ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR