Bank Of Baku

Azərbaycanlı deputat Dünya Su Forumunda iştirak etmək üçün İstanbula gedib

Azərbaycanlı deputat Dünya Su Forumunda iştirak etmək üçün İstanbula gedib
# 18 mart 2009 11:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov V Dünya Su Forumunda iştirak etmək üçün İstanbula yola düşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə ətraf mühitdə suyun rolu, su ehtiyatlarının qorunması, su ehtiyatlarından davamlı istifadə üçün lazımi tədbirlərin görülməsi, bu sahədə yeni təşəbbüslər və digər mövzular diqqət mərkəzində olacaq. Forum çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Dünya Su Şurası ilə birgə təşkil etdiyi “Parlamentarlar su uğrunda” mövzusunda toplantı da keçiriləcək. Səfər martın 22-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR