Bank Of Baku

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi Mərkəzi Nəbatat Bağına 10 ədəd sakura ağacı hədiyyə edib

“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi Mərkəzi Nəbatat Bağına 10 ədəd sakura ağacı hədiyyə edib
# 19 mart 2009 09:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağına 10 ədəd sakura ağacı (dekorativ yapon albalısı) hədiyyə edib. Bu barədə APA-ya Nəbatat Bağının direktoru Oruc İbadlı məlumat verib. Onun sözlərinə görə, bitkilərin əkilməsi mərasimi Yaponiya səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilib. Sakura ağacları Bağdakı Şərqi Asiya Kolleksiyasına daxil edilib.

Qeyd edək ki, sakura ağacı müqəddəs hesab edilir və yaponların rəmzi sayılır. Hər il mayın 1-də çiçək açan ağacların meyvəsi olmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR