Bank Of Baku

“Təhsil haqqında” qanun layihəsi gələn ay üçüncü oxunuşda Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılacaq

“Təhsil haqqında” qanun layihəsi gələn ay üçüncü oxunuşda Azərbaycan Milli Məclisində müzakirəyə çıxarılacaq
# 19 mart 2009 09:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Apreldə “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə APA-ya Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev bildirib. Komissiya sədri deyib ki, hazırda qanun layihəsinin üçüncü oxunuşa hazırlanması prosesi gedir: “Aprelin 10-dək sənəd üçüncü oxunuş üçün müzakirəyə tam hazır olacaq”.

Ş. Hacıyev ikinci oxunuşdan sonra qanun layihəsi ilə bağlı Təhsil, Səhiyyə, Ədliyyə, Maliyyə nazirliklərindən, eyni zamanda millət vəkilləri, ekspertlər, ayrı-ayrı vətəndaşlardan çoxlu sayda rəy və təkliflərin daxil olduğunu bildirib.

Komissiya sədri, qanun layihəsinin yaz sessiyası ərzində qəbul ediləcəyinə şübhə etmədiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR