Bank Of Baku

BMT-nin baş katibi dünya ölkələrini vərəmlə mübarizədə yeni yollar axtarmağa çağırıb

BMT-nin baş katibi dünya ölkələrini vərəmlə mübarizədə yeni yollar axtarmağa çağırıb
# 19 mart 2009 09:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun 24 mart - Dünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilir ki, vərəm xəstəliyinin qarşısını almaq istiqamətində dünyada aparılan işlər öz təsirini göstərməkdədir və artıq vərəm epidemiyası tənəzzülə uğramaqdadır: “Buna baxmayaraq, tənəzzül prosesi çox yavaş gedir. Belə ki, vərəm xəstəliyi hər 20 saniyədən bir insanın həyatına son qoyur. Milyonlarla insan bu sahədə milli səviyyədə aparılan müalicə tədbirlərini ehtiva edən koordinasiyalı fəaliyyətlərdən bəhrələnirlər. Lakin milyonlarla digər insan bu imkandan məhrumdur. Biz fəallığımızı artırmasaq, bu xəstəliyə tutulanların sayı artmaqda davam edəcək”.

Baş katib onu da əlavə edib ki, xəstəliyin yayılmasının qarşısını almaq istiqamətində çalışan hökumətlərin, təşkilatların səylərini dəstəkləyir. Amma xəstəliyin qarşısını almaq, insanların həyatlarını xilas etmək üçün yeni yollar da axtarılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR