Bank Of Baku

Azərbaycan əhalisi mal və xidmətlərə çəkilən xərcləri adam başına 22% artırıb

Azərbaycan əhalisi mal və xidmətlərə çəkilən xərcləri adam başına 22% artırıb
# 19 mart 2009 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinə 2 385,2 mln. manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 12% çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 62,7%-i ticarət fəaliyyəti, 37,3%-i əhaliyə göstərilən pullu xidmətlər hesabına təmin edilib.
İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76,4% və 23,6% təşkil edib.
Hesabat dövründə əhalinin gəlirlərinin artması ilə əlaqədar onların alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini hər ay orta hesabla 138,3 manatlıq və ya əvvəlki ildəkindən 25 manat və ya 22,1% çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
Cari ilin yanvar-fevral aylarında özəl müəssisələr tərəfindən 2 216,6 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 84,6%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR