Bank Of Baku

Səhiyyə Nazirliyi Azərbaycanın şimal-qərb və qərb rayonlarında 9 apteki bağlayıb

Səhiyyə Nazirliyi Azərbaycanın şimal-qərb və qərb rayonlarında 9 apteki bağlayıb
# 19 mart 2009 13:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi şimal-qərb və qərb regionlarındakı dövlət və özəl apteklərdə apardığı yoxlamaları yekunlaşdırıb. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, Qazax, Tovuz və Ağstafa rayonlarında 51 aptekə baxış keçirilib, onlardan 6-nın qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmin apteklərin fəaliyyəti dayandırılıb.

Balakən, Zaqatala, Qax rayonlarında isə 54 aptekin fəaliyyəti yoxlanılıb. Onlardan qanunsuz fəaliyyət göstərdiyi aşkarlanan 3 aptek bağlanıb. Ümumilikdə şimal-qərb və qərb bölgələrində 105 aptekdə yoxlama keçirilib və 9 qanunsuz aptek aşkarlanıb. Bu apteklərdən yararlılıq sertifikatları olmayan 701 seriya, istifadə müddəti bitmiş 227 qutu dərman preparatı müsadirə edilib.

P. Əzizbəyov deyib ki, digər bölgələrdə də yoxlamalar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR