Bank Of Baku

Azərbaycanda son 14 ildə 9000-dən çox məhkuma vərəm müalicəsi tətbiq edilib

Azərbaycanda son 14 ildə 9000-dən çox məhkuma vərəm müalicəsi tətbiq edilib
# 19 mart 2009 14:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin, Ədliyyə və Səhiyyə nazirliklərinin dəstəyi ilə vərəm dispanserlərinin işçiləri və penitensiar xidmətin həkimləri üçün Bakı Uşaq Teatrının aktyorlarının ifasında “Qalan ömrün ilk günü” tamaşası göstərilib. APA-nın məlumatına görə, tamaşanın göstərilməsində əsas məqsəd vərəm xəstəliyi ilə bağlı insanları maarifləndirməkdir. BQXK-nın Azərbaycan nümayəndəliyində həbsxana və səhiyyə proqramının müdir müavini Elçin Muxtarlının sözlərinə görə, tamaşa dəfələrlə həbsxanalardakı məhkumlar və Penitensiar xidmətin işçiləri üçün göstərilib. BQXK-nin Ədliyyə Nazirliyinin Vərəmlə mübarizə üzrə proqramına 1995-ci ildən dəstək verdiyini deyən E. Muxtarlı deyib ki, indiyədək 9000-dən çox məhkuma vərəm müalicəsi tətbiq edilib. BQXK-nın yardımı ilə hər il 700-800 məhkum vərəm xəstəliyi ilə bağlı müalicəyə qoşulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR