Bank Of Baku

AMEA Neft-Kimya Prosesləri İnstitutu FP-7 proqramı çərçivəsində elmi layihələr həyata keçirəcək

AMEA Neft-Kimya Prosesləri İnstitutu FP-7 proqramı çərçivəsində elmi layihələr həyata keçirəcək
# 19 mart 2009 14:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutu Avropa İttifaqının FP-7 proqramı çərçivəsində Avropanın Elmi-Tədqiqat mərkəzləri və institutları ilə birgə elmi layihələr həyata keçirəcək. Bu barədə APA-ya AMEA-nın mətbuat xidmətindən məlumat verilib. 2009-2012-ci illər ərzində Neft-Kimya Prosesləri İnstitutu Avropanın elmi-tədqiqat mərkəzləri ilə yüksək elektrik keçiriciliyinə malik metal-polimer materialların sintezinin yeni üsullarının işlənilməsi; hidrogenin sudan alınması prosesinin effektiv katalizatorlarının axtarışı və tədqiqi, pirolizin ağır qətranının katalitik işlənməsi əsasında maqnit və elektrik keçiriciliyinə malik yeni polimer materialların sintezi və tədqiqi, metanın birbaşa metanola qədər çevrilmə prosesinin effektiv katalizatorlarının axtarışı və tədqiqi, maqnit materialların – nano ölçülü klaster və molekulyar maqnetiklərin sintezinin yeni üsullarının işlənməsi, biodizellərin effektiv, iqtisadi və ekoloji baxımdan səmərəli alınma texnologiyalarının işlənməsi sahəsində əməkdaşlıq edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR