Bank Of Baku

Əliməmməd Nuriyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrdə şişirdilmiş büdcəyə rast gəlinir”

Əliməmməd Nuriyev: “QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan layihələrdə şişirdilmiş büdcəyə rast gəlinir”
# 23 mart 2009 08:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim olunan layihələrdə şişirdilmiş büdcəyə rast gəlinir”. Bu sözləri APA-ya açıqlamasında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib.

Şura üzvü deyib ki, müsabiqəyə təqdim olunan layihələrin bir qisminin büdcəsi reallığı əks etdirməməklə yanaşı, həm də zəif hazırlanıb. Onun sözlərinə görə, ötən dəfə keçirilən müsabiqə ilə müqayisədə layihələrin hazırlanması ilə bağlı peşəkarlıq səviyyəsinin də artması hiss olunur. Ə. Nuriyev hazırda layihələrin qiymətləndirilməsinin başa çatmaq üzrə olduğunu bildirib: “Martın axırı, aprelin əvvəlində müsabiqədə qalib gələn layihələrin adları elan ediləcək”.

Qeyd edək ki, builki müsabiqəyə 570-dək layihə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR