Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı vərəm xəstəliyinin daha çox yayıldığı ölkələr siyahısına salıb

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı vərəm xəstəliyinin daha çox yayıldığı ölkələr siyahısına salıb
# 25 mart 2009 08:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya üzrə vərəmə tutulmuş xəstələrin 85 faizi 27 ölkənin payına düşür. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ölkələr arasında Azərbaycan da var. ÜST-nin məlumatında bildirilir ki, vərəm kasıbların xəstəliyi sayılsa da, ÜST-nin Avropa bürosunun üzvü olan ölkələrində hər saat 55 sakini bu xəstəliyə tutulur. Əsas problem olaraq, xüsusən postsovet məkanında, bu xəstəliyin dərmanlara dayanıqlığı formalarının yayılması göstərilir. İlk beşliyə Azərbaycan, Moldova, Qazaxıstan, Özbəkistan və Ukrayna daxildir.

Məlumatda o da bildirilir ki, 2008-ci ildə ÜST-nin Avropa regional bürosu «Vərəmi dayandırmaq» adlı planın reallaşdırılmasına başlayıb. Bu plan 2015-ci ilə kimi nəzərdə tutulub və 18 ölkəni əhatə edir. Bu ölkələr Azərbaycan, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Rusiya, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, Ukrayna və Estoniyadır. Planın həyata keçməsinə 14,8 milyard ABŞ dolları xərclənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR