Bank Of Baku

Naxçıvanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin binası istifadəyə verilib

Naxçıvanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin binası  istifadəyə verilib
# 25 mart 2009 08:34 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasında (MR) Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Naxçıvan MR Mədəniyyət və Turizm Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yeni binada yaradıcılıq mərkəzi ilə yanaşı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və uşaq şöbəsi fəaliyyət göstərəcək.

Binanın birinci mərtəbəsində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində isə 20-dən artıq uşaq dərnəyi, foto-kino studiyası, Bəhruz Kəngərli adına rəsm studiyası, Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.

4 mərtəbə və 3 korpusdan ibarət mərkəzin Naxçıvan Dövlət Uşaq Teatrına aid hissəsində teatrın fəaliyyətinin təmin olunması üçün paltar sexi, iki qrim otağı, səhnə, dekorasiya və rekvizit otaqları, emalatxana-dərzi sexi yaradılıb.

Naxçıvan Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi üçün isə oxu zalı, oxuculara xidmət bölməsi, komplektləşdirmə və kitab işləmə, uşaq şöbəsi və iki fond otağı istifadəyə verilib.

Qeyd edək ki, sözügedən mərkəzin əsaslı təmir və yenidən qurulmasına 2 milyon 601 min manat vəsait sərf olunub. Ötən əsrin 70-ci illərində inşa olunan binada əvvəllər 6 şöbə üzrə 192 dərnək fəaliyyət göstərib. Növbəti mərhələdə digər uşaq dərnəklərinin də fəaliyyətinin bərpası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR