Bank Of Baku

Göyçayda hərbi idman çoxnövçülüyü üzrə keçirilən ölkə çempionatı başa çatıb

Göyçayda hərbi idman çoxnövçülüyü üzrə keçirilən ölkə çempionatı başa çatıb
# 26 mart 2009 07:00 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq Göyçay şəhərində təşkil edilən hərbi idman çoxnövçülüyü üzrə ölkə çempionatı başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin idman zalında keçirilən yarışda ölkənin 19 şəhər və rayonundan 350-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. Yeniyetmə və gənclərin iştirak etdiyi bu çempionatda qaliblər 24 çəki dərəcəsi üzrə müəyyənləşdirilib.
Yarışın keçirilməsində əsas məqsəd idmançılar arasından ən bacarıqlı olanları seçərək milli yığma komandanın heyətinə cəlb etmək və onları aprel ayında Ukraynada keçiriləcək dünya çempionatına hazırlaşdırmaqdır.
İki gün davam edən çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar təqdim olunub. Ümumi komanda hesabında isə Göyçay, Ucar, Goranboy və Bakı idmançıları müvafiq olaraq I-IV yerləri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR