Bank Of Baku

Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 49-cu iclası keçirilir

Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 49-cu iclası keçirilir
# 26 mart 2009 10:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda Ümumdünya Turizm Təşkilatının (ÜTİ) Avropa Komissiyasının 49-cu iclası keçirilir. APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, tədbirdə 40-a yaxın ölkə müxtəlif səviyyələrdə təmsil olunur. Həmin nümayəndələrin artıq Azərbaycanın turizm potensialı ilə tanış olduğunu deyən nazir ölkəmizin turizm imkanlarının Avropada tanıdılmasında maraqlı olduğunu da söyləyib. Ə. Qarayev Azərbaycanın gələcəkdə ÜTİ-nin tədbirlərində fəal iştirak etmək istədiyini də açıqlayıb. O ümid edir ki, təxminən 3 ilə Azərbaycanda ÜTİ-nin Baş Assambleyası da keçirilə bilər: “Amma bu, çox ciddi prosedurdur. Biz ona hazırlıq görməliyik”.
Ölkələrin milli turizm nazirlərinə üz tutaraq onlara müraciət edən ÜTİ-nin Avropa Komissiyasının sədri, Kipr Turist Təşkilatının baş direktoru Fobe Katsuris isə onları iqtisadı böhrana qarşı birgə tədbirlər görməyə çağırıb: “Bu məsələdən narahat olan bütün tərəflər böhrana qarşı birgə tədbirlər görməlidir. Biz bütün ölkələrin nazirlərinə stimul verməli və onlara öz köməyimizi göstərməliyik”.
F. Katsuris bildirib ki, turizmə yalnız kommersiya sahəsi kimi baxmaq lazım deyil, bu sektor üçün qlobal etika, davranış kodeksi də tətbiq edilməlidir. Eyni zamanda, dövlətlərdə, xüsusilə qlobal iqtisadi böhrandan xilas olunması üçün Avropa ölkələrində innovasiyalara daha çox yer ayrılmalıdır.
ÜTİ-nin baş katibi vəzifəsini icra edən Taleb Rifai də ölkələri böhrandan xilas olmaq üçün birgə fəaliyyət planı hazırlamasını vacib sayıb: “Biz 2-3 aydan sonra nə olacağını bilmirik. Amma indidən 2010-2011-ci il üçün fəaliyyət planını hazırlamalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR