Bank Of Baku

Bakıda fəaliyyət göstərən kiçik marşrut avtobusları şəhərdən çıxarılacaq

Bakıda fəaliyyət göstərən kiçik marşrut avtobusları şəhərdən çıxarılacaq
# 26 mart 2009 11:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. “Yaxın vaxtlarda Bakıda fəaliyyət göstərən kiçik marşrut avtobusları birmənalı şəkildə şəhərdən çıxarılacaq”. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxişev bildirib.
Ç.Baxışevın sözlərinə görə, qısa bir müddət ərzində kiçik marşrut avtobusları orta və iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənəcək: «Yaxın gələcəkdə Azərbaycana 600 ədəd orta və iritutumlu «Daewoo» və digər modeldə olan avtobuslar gətiriləcək”.
Ç. Baxışev həmçinin vurğulayıb ki, hazırda Bakıda 2 min mikroavtobus və 1,5 min ədəd orta və iritutumlu avtobus mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR