Bank Of Baku

Gürcüstanın “Ali Təhsil haqqında” qanununa ediləcək dəyişikliyə əsasən azərbaycanlılar da dövlətin dəstəyi ilə xaricdə təhsil alacaqlar

Gürcüstanın “Ali Təhsil haqqında” qanununa ediləcək dəyişikliyə əsasən azərbaycanlılar da dövlətin dəstəyi ilə xaricdə təhsil alacaqlar
# 26 mart 2009 12:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin Təhsil, Elm və Mədəniyyət Komitəsində “Ali təhsil haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələr aparılıb. Yığıncaqda Gürcüstanın Elm və Təhsil Nazirinin müavini Maya Kopelaşvili və parlamentin Təhsil, Elm və Mədəniyyət Komitəsinin birinci müavini Xatuna Oriauri çıxış edib. Məruzəçilər tərəfindən qanuna edilən əlavə və dəyişikliklər barədə suallara cavab verilib. Gürcüstan parlamentinin Təhsil, Elm və Mədəniyyət Komitəsinin birinci müavini Xatuna Oriauri APA-ya bildirib ki, bu dəyişiklik və əlavələr magistraturada oxuyan tələbələrə aiddir. Onun sözlərinə görə, magistraturaya qəbul olunan şəxsin bütün xərclərini dövlətin öz üzərinə götürməsi nəzərdə tutulub. Bu təşəbbüsü Gürcüstan prezidenti Mixail Saakaşvili irəli sürüb. Magistraturaya qəbul olan tələbələr üçün daha bir şans yaradılıb. Qəbul olan hər bir tələbə xaricdə, eyni zamanda Avropada öz arzusuna görə, istədiyi ölkənin ali təhsil ocağında təhsilini davam etdirə bilər: “Artıq bizdə tələbələrin xaricdə öz arzularına görə təhsil alacağı 50 elm ocağının siyahısı var. Bu qanun təkcə gürcülər üçün yox, ölkəmizdə yaşayan hər bir vətəndaşa da aiddir. Gürcüstan vətəndaşı olan azərbaycanlılar da bu dəstəkdən istifadə edə biləcəklər. Bu dəstəkdən daima istifadə etmək üçün onlara istənilən hüquq verilib. Burada ən başlıca rolu gürcü dilini bilmək oynayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR