Bank Of Baku

“Azərbaycan – şərqi və qərbi birləşdirən ölkə” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək

“Azərbaycan – şərqi və qərbi birləşdirən ölkə” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək
# 27 mart 2009 10:58 (UTC +04:00)
Bakı – APA. Aprelin 1-3-də Bakıda Almaniya səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan – şərqi və qərbi birləşdirən ölkə (b.e.ə. VII və IV
minilliklərdə)” mövzusunda beynəlxalq arxeoloji konfrans keçiriləcək. Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun və Almaniya Arxeologiya İnstitutunun birgə təşkil etdiyi konfransın açılışında Almaniya xarici işlər nazirinin müavini Gernot Erler giriş sözü ilə çıxış edəcək. Konfransda Azərbaycan, Almaniya, Fransa, ABŞ və Türkiyədən
tanınmış arxeoloq-mütəxəssislərin iştirakı gözlənilir. Toplantıda son dövrlər aparılan arxeoloji qazıntılarda əldə olunmuş elmi yeniliklərin nəticələri və gələcək müştərək tədqiqatların perspektivləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR