Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının tələbələri və Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlar Qubadakı kütləvi məzarlığı ziyarət edib

Azərbaycan Diplomatik Akademiyasının tələbələri və Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlar Qubadakı kütləvi məzarlığı ziyarət edib
# 28 mart 2009 08:04 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Diplomatik Akademiyasının tələbələri və Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlar erməni vəhşiliyini əks etdirən real faktlarla əyani tanışlıq məqsədilə Qubadakı kütləvi məzarlığı ziyarət edib. APA-nın Şimal bürosunun məlumatına görə, öncə ziyarətçilərə 1918-ci ildə ermənilərin Quba qəzasında törətdikləri vəhşi qırğınlar və soyqırımı faktını sübut edən kütləvi məzarlıqla bağlı ətraflı məlumat verilib. Gənc diplomatlar ermənilərin 1918-ci ildən bəri Azərbaycanda, o cümlədən Qubada törətdiyi soyqırımı aktları barədə bütün dünya ölkələrinə ətraflı məlumat vermək üçün təşəbbüslərini daha da artıracaqlarını bildiriblər. Ziyarətçilər kütləvi məzarlıqda uyuyan, əksəriyyəti qadın, qoca və uşaq olan insanların sümükləri və bu sümüklər üzərində hələ də aydın seçilən zorakılıq əlamətləri ilə əyani tanış olublar. Gənc diplomatlar həmçinin ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi qırğınların baş verdiyi digər ərazilərə də baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR